Mən, bir IT mütəxəssisiyəm və illərdir xidmət idarəçiliyi, sistem dəstəyi və proses optimizasiyası sahəsində çalışıram. ITIL v4 Foundation sertifikatına sahibəm və hazırda ITIL Create, Deliver & Support modulunda biliklərimi inkişaf etdirirəm. Məqsədim, Azərbaycan dilində ITIL və xidmət idarəçiliyi üzrə bilikləri daha geniş auditoriyaya çatdırmaq, tələbələrə həm nəzəri, həm də praktik bacarıqlar qazandırmaqdır. Təcrübəmi paylaşaraq, bu sahədə peşəkar karyera qurmaq istəyənlərə yol göstərməkdən zövq alıram.