ACC Campus – mühasibatlıq sahəsində yeni başlayanlar və məzunlar üçün nəzərdə tutulmuş praktik təlim platformasıdır. Burada siz e-taxes, e-gov, əmək haqqının hesablanması, vergi hesabatlarının hazırlanması və 1C mühasibatlıq proqramı üzrə dərslər izləyə bilərsiniz.
Bizim məqsədimiz tələbələrə nəzəriyyədən çox real iş mühitində tətbiq oluna biləcək biliklər verməkdir. Kurslarımızda siz gündəlik mühasibatlıq əməliyyatlarını addım-addım öyrənəcək, praktik nümunələrlə bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
ACC Campus komandası olaraq hədəfimiz – sizi peşəkar iş mühitinə hazırlamaq və karyeranızda güclü başlanğıc etməyinizə kömək etməkdir.