Mən Azad Mirheydərzadə, Full Stack Web Developer və AI əsaslı proqram təminatı hazırlayan müəlliməm. 4 ildən çoxdur bu sahədə fəaliyyət göstərirəm. Həm Instagram həm də Udemy üzərindən kurslar tədris edir, insanlara bildiklərimi öyrətməkdən çəkinmirəm. Müasir veb texnologiyaları, süni intellekt və real məhsul inkişafı sahəsində bir çox ciddi təcrübələr qazanmışam. Məqsədim mürəkkəb proqramlaşdırma anlayışlarını sadə və praktiki şəkildə izah edərək tələbələrə qısa müddətdə real layihələr hazırlamaq bacarığı qazandırmaqdır. Əlavə olaraq sıfırdan Full Stack Web Development dərsləri də tədris edirəm.
Tədris prosesində yalnız nəzəriyyəyə deyil, praktikaya üstünlük verirəm. ChatGPT, Claude və digər AI alətlərindən istifadə edərək ideyanı işlək məhsula çevirməyi, müasir veb tətbiqləri hazırlamağı və onları internetdə yayımlamağı addım-addım öyrədirəm.
İnanıram ki, düzgün metodologiya, davamlı praktika və müasir AI texnologiyalarından istifadə etməklə hər kəs proqramlaşdırma dünyasına uğurlu başlanğıc edə bilər. Kurslarımın əsas məqsədi tələbələrə sadəcə kod yazmağı deyil, real problemləri həll edən məhsullar hazırlamağı öyrətməkdir.