Biznesin İdarəedilməsi üzrə Ali və Magistr təhsilimi Türkiyə Univeritetlərində bitirdikdən və iş həyatında bank, audit, Synergy Group, ADA Universiteti təcrübəsi qazandıqdan sonra, son 7 ilimin 5 ili Azərbaycandakı beynəlxalq şirkətlərdən olan Danone-da Maliyyə Meneceri vəzifəsində keçmişdir. Son 2 ilim isə Qazaxstanın Almatı şəhərinə bağlı olaraq, bütün Orta Asiya və Qafqaz ölkələri üzrə (ümumilikdə 9 ölkə) Maliyyə Planlaması və Büdcə Nəzarəti Departamentinin Rəhbəri vəzifəsinə həsr edilmişdir. 5 ACCA imtahanına iştirak etmiş və hər birini uğurla bitirmişəm.
Hal-hazırda "ASBIS AZ" MMC-də Maliyyə Direktoru vəzifəsində çalışıram.
Excel-lə bağlı 15 ildən çoxdur treninqlər keçirir və yazılar dərc edirəm.
Power Query, Power BI və DAX dili ilə bağlı eyniadlı səhifədə bir çox yazılarım mövcuddur.