Salam! Mən Həmid, developer, ethical hacker və aparıcı təlimçi olaraq Udemy-də minlərlə insana bilik və təcrübəmi ötürürəm. Texnologiya dünyasında illərin təcrübəsi ilə həm təhlükəsizlik, həm də proqramlaşdırma sahələrində dərin biliklərə sahibəm.
Mən 2013-cü ildə İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyini bitirmişəm.
Mənim məqsədim təhlükəsiz və güclü kod yazmağı, kiber təhlükəsizlik sahəsində güclü bacarıqlara yiyələnməyi və insanlara real dünyada tətbiq edə biləcəkləri bilikləri çatdırmağı öyrətməkdir. Kurslarım yalnız quru nəzəriyyədən ibarət deyil – praktik tapşırıqlar və real dünyadan nümunələrlə doludur.
Mənim üçün tədris sadəcə bilik ötürmək deyil, eyni zamanda insanlara ilham vermək, onları motivasiya etmək və karyeralarında irəliləmələrinə dəstək olmaqdır. Əgər sən də texnologiya dünyasında güclü olmaq, yeni bacarıqlar qazanmaq və gələcəyini qurmaq istəyirsənsə, səni kurslarımda gözləyirəm! ?