Şəxsi inkişaf, Təlimçilərin Təlimi, Marketinq, Şəxsi biznes təşəbbüsləri sahəsində təcrübəyə malikəm. Bu təcrübəni, illər ərzində öz bacarıqlarımı təkmilləşdirməklə və daim öyrənməklə qazanmışam. Çalışıram ki, indi öz təcrübəmi Udemy-də sizlərlə paylaşım.
Çalışıram ki, Udemy-də təlimçi kimi saysız-hesabsız insanlara səsimi çatdıra bilim. Kursların tədrisi zamanı mürəkkəb anlayış və terminləri asan başa düşülən formalarla izah edim. Yekun nəticədə isə kurslar cəlbedici öyrənmək məkanı olsun. Həmçinin praktik və real keyslərdən istfadə etməyi çox sevirəm. İnanıram ki, bir mövzunu əgər dərindən öyrənə bilsək, bir ömür boyu bizə faydası olacaq.
Kurslarla bağlı, həmçinin əgər sizin də istədiyiniz, maraqlı hesab etdiyiniz mövzular olarsa, mənimlə paylaşın. Həmin mövzular haqqında video dərslər hazırlayaraq ümumi məlumatlı olaq.
Hər birinizlə burada görüşmək, mənim üçün xoşdur. Çünki, mən insanlara kömək edəndə, xoşbəxt oluram.