Memarlıq və dizayn sahəsində AutoCAD, Revit, 3ds Max, Corona, V-Ray və Photoshop proqramları ilə aktiv şəkildə çalışıram. Bu müddət ərzində müxtəlif memarlıq, texniki və vizuallaşdırma layihələri üzərində praktik təcrübə qazanmışam.
Sahə üzrə biliklərimi artırmaq üçün müxtəlif ixtisaslaşmış təlimlərdə iştirak etmişəm, özəl kurslarda təlim almışam və qazandığım bilikləri sadə, aydın və praktik formada paylaşmağa fokuslanıram.
Peşəkar fəaliyyətim çərçivəsində fərqli miqyaslı layihələr üzərində işləyir, memarlıq və dizayn proqramlarının real layihə məntiqi ilə istifadəsinə xüsusi önəm verirəm.
Tədris prosesində məqsədim proqramların yalnız texniki istifadəsini deyil, eyni zamanda mühəndis qrafikası, memarlıq düşüncəsi və praktik yanaşmanı birlikdə öyrətməkdir.
Dərslər real nümunələr üzərindən qurulur və həm bu sahəyə yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun şəkildə hazırlanır.