Salam, Mən Mustafa. Artıq 7 ildir ki, proqramlaşdırma ilə məşğulam.
Karyeram ərzində bir neçə şirkətdə çalışmışam və hal-hazırda fəaliyyətimə "Tech Lead, Senior Software Engineer" olaraq davam edirəm. Eyni zamanda universitetlərin birində proqramlaşdırma üzrə fənn tədris edirəm.
Əlavə olaraq fərqli layihələrdə backend arxitektor kimi fəaliyyət göstərirəm.
"OCA - Java developer" və "Microsoft 70-483, Programming in C#" beynəlxalq sertifikatlarına sahibəm.
Eyni zamanda 3 ildir ki, C# proqramlaşdırma dili və .NET framework tədrisi ilə məşğulam. Və artıq qərar aldım ki, online kurs videoları hazırlayaraq inkişaf etmək istəyən insanlar üçün Azərbaycan dilində resurs formalaşdırım.