Mən şəbəkə mühəndisliyi və proqramlaşdırma sahəsində geniş təcrübəyə malik bir təlimçiyəm. Hazırda şəbəkə simulyasiyaları və proqramlaşdırma dilləri üzrə dərslər təqdim edərək texnologiya sahəsində yeni biliklər əldə etmək istəyənlərə dəstək oluram. İş təcrübəmin və biliklərimin bir hissəsini sizinlə paylaşaraq, şəbəkə və proqramlaşdırma sahəsində bacarıqlarınızı artırmağı hədəfləyirəm.
Bacarıqlarım:
Network: Şəbəkə layihələrinin qurulması, simulyasiyası və idarəsi.
Proqramlaşdırma Dilləri: PHP, JavaScript, CSS, HTML. PHP ilə müxtəlif tətbiqlər hazırlamışam.
Mobil Tətbiqlər: Flutter ilə mobil proqramların hazırlanması.
Simulyasiya Platformaları: Eve-NG və GNS3 ilə real cihaz mühitlərinin yaradılması və idarəsi.
Texniki Dəstək: "Help Desk" və şəbəkə mühitlərinin optimallaşdırılması.
Mən həmçinin 200 GB-dan çox cihaz imajını əhatə edən və Eve-NG platformasının peşəkar istifadəsini öyrədən kurslar hazırlayıram. Bu sahədə həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün faydalı tədris materialları təqdim edirəm.
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə biliklərimi sizinlə bölüşməkdən qürur duyuram. Öyrənmək və inkişaf etmək istəyən hər kəsi kurslarımda görməkdən məmnun olaram!