Mən Vəliyev Rəşad, Python İnstitutu tərəfindən təqdim edilən beynəlxalq PCAP sertifikatlı Python mütəxəssisiyəm.
2018-ci ildən Python (Web, ML, DE) tərtibatçı və təlimçi kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində kiçikdən böyüyə kimi müxtəlif proyektlərin tərtibatında iştirak etmişəm.
Tərtib etdiyim kurslar, dünya standartlarına və keyfiyyətinə cavab verən, aktual məlumatlardan ibarətdir. Tədris metodum "Təlimdə daha çox tər, döyüşdə daha az qan" prinsipinə əsaslanır. Bu unikal strategiya ənənəvi tədris metodlarından xeyli fərqlənir. Bu strategiya, tələbələrə yalnız kod yazmağı deyil, həm də fəaliyyətləri zamanı qarşılaşa biləcək problemləri həll etməyi öyrədir. Bu səbəbdən, mənim kurslarıma qoşulanları çoxlu praktiki tapşırıqlar gözləyir. Bütün kurslarım tam olaraq azərbaycan dilindədir.
Hər hansı bir sualınız olarsa mənimlə əlaqə saxlamağa çəkinməyin.