Mən maliyyə və mühasibat uçotu sahəsində çalışan, praktiki bilik və peşəkar təcrübəni paylaşmağa böyük önəm verən mütəxəssisəm.
Peşəkar fəaliyyətim ərzində mühasibat uçotu, maliyyə idarəetməsi, vergi, maliyyə nəzarəti, xərclərin təhlili və risklərin idarə olunması istiqamətlərində bilik və təcrübə əldə etmişəm.
İş fəaliyyətimdə yalnız uçotun aparılmasına deyil, maliyyə məlumatlarının təhlilinə, xərclərin nəzarətdə saxlanılmasına, mümkün risklərin əvvəlcədən müəyyən edilməsinə və düzgün maliyyə qərarlarının qəbul edilməsinə xüsusi diqqət yetirirəm.
Eyni zamanda 1C 8.3 Mühasibat Uçotu proqramı üzrə praktiki biliklərə sahibəm. Uçot proseslərinin proqram üzərindən qurulması, gündəlik mühasibat əməliyyatlarının aparılması və proqramın praktiki imkanlarından istifadə istiqamətində təcrübəmi bu təlim vasitəsilə sizinlə bölüşürəm.
Bu təlimdə məqsədim
1C-ni sadəcə menyuları və düymələri əzbərləməklə deyil, real mühasibat uçotu məntiqini anlayaraq öyrənməyinizə kömək etməkdir.
Təlim zamanı mümkün qədər sadə və praktik izah metodundan istifadə edirəm. Məqsədim odur ki, təlimi izlədikdən sonra əldə etdiyiniz bilikləri real iş prosesində tətbiq edə biləsiniz.
Bu təlim kimlər üçündür?
Mühasibat uçotunu yeni öyrənməyə başlayanlar;
1C 8.3 proqramını öyrənmək istəyən mühasiblər,maliyyıçilər ,hr-lar və.s;
Mühasibatlıq sahəsində çalışan və praktiki bacarıqlarını artırmaq istəyənlər;
Maliyyə və mühasibat sahəsinə yeni başlayanlar;
1C proqramında öz biliklərini möhkəmləndirmək istəyənlər.
İnanıram ki, bilik yalnız əldə edildikdə deyil, paylaşıldıqda daha da dəyərli olur.
Bu təlimdə məqsədim illər ərzində formalaşmış bilik və təcrübəmdən əldə etdiyim faydanı sizinlə bölüşmək və mühasibat sahəsində peşəkar inkişafınıza kiçik də olsa töhfə verməkdir.
Öyrənmək → Tətbiq etmək → Təcrübə qazanmaq → İnkişaf etmək.