Komputerlərə marağım orta yaşlarıma təsadüf edir. 2008-ci ildən proqramlaşdırma dilləri (Delphi, Visal Basic, Visual Basic NET, C#) və komputer elektonikası ilə məşgul olmağa başladım. Daha sonra komputer elektonikası sahəsindəki biliklərimi daha da genişləndirməyə başladım. Daha sonra şəxsi servisimi qurdum. Hal-hazırda qurmuş olduğum DIACOM komputer təmiri servisində professional olaraq komputer elektronikası ilə məşğulam. Azərbaycanda ilk komputer anakartı diaqnostikası üçün hazırladığım DIABOX cihazın müəllifiyəm. 2011-ci ildən bəri YouTube üzərindəki CRM kanalı Azərbaycanda ilk komputer təmir kanalı olaraq fəaliyyət göstərir. Bu kanal həm öyrədici videoları həm də DIACOM servisin hansı səviyyədə xidmət göstərdiyini izləyicilərə paylaşır.